"Azəriqaz" İstehsalat Birliyi abonentləri kütləvi şəkildə qeyri-qanuni cərimələyib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Xırdalan şəhərində 100 min abonent var. "Azəriqaz" həmin abonentlərin 20 minə qədərinə 400-450 manat arasında cərimə yazıb. Sakinlərə isə cərimə aktlarının hansı səbəbdən tərtib edildiyi haqqında məlumat verilməyib. Məsələ ilə bağlı şikayət edən abonentlərin bəzilərinin haqlı olduqlarını görən "Azəriqaz" cərimələri silməyə başlayıb. "Azəriqaz" İstehsalat Birliyinin qeyri-qanuni bu addımı isə sakinlərdə kütləvi narazılıq yaradıb.