Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 28-də Xaçmazda şəhərində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinlərini qəbul edəcək.
Dövlət Komitəsindən unikal.org-a verilən məlumata görə, qəbul saat 11:00-da Xaçmaz rayon Tarix-Diyarşünaslıq muzeyində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.