Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Hacı Bəyverdi məscidində olub.

Unikal.org xəbər verir ki, şəhər rəhbərinə məlumat verildi ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi "Hacı Bəyverdi məscidi 1991-ci ildən yerli sakinlərin ixtiyarına verilib və ötən il dövlət qeydiyyatına alınıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Sumqayıt şəhərində, eləcə də qəsəbələrdəki mövcud məscidlərdə dini ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər cür şərait yaradılır. Qəsəbə məscidi ilə yaxından tanış olan şəhər rəhbəri onu da vurğuladı ki, Hacı Zeynalabdin qəsəbəsi "Hacı Bəyverdi məscidindəki mövcud çatışmazlıqlar qısa müddətdə öz həllini tapacaq. Burada insanların rahat ibadət etmələri üçün şərait daha da yaxşılaşdırılacaq.