Bakıda marşrut sürücüsü azyaşlı uşağı qucağında otuzduraraq avtobus idarə edib. Həmin vaxt sərnişinlərdən biri sürücünün şəklini çəkərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib. Sərnişin iddia edir ki, sürücü uşaq ağladığı üçün onu qucağında otuzdurub avtobusu sürüb. Əməkdaşlarımız məsələni daşıyıcı şirkətlə araşdırıb.

Unikal.org bildirir ki, sürücü qucağında azyaşlı uşağı otuzduraraq avtobus idarə edir.

Foto ötən gün paytaxtın Nərimanov rayonunda, 24 saylı xətdə hərəkət edən marşurut avtobusunda sərnişinlərdən biri tərəfindən çəkilib.

Şəkli göndərən xanım sərnişinin sözlərinə görə, metronun ''Nərimanov'' stansiyasının yaxınlığında bir azyaşlı uşaq atası ilə avtobusa minib. Uşaq bir müddət sonra ağlamağa başlayıb. Atası onu sakitləşdirmək istəsə də, buna nail ola bilməyib. Xanım sərnişinin dediyinə görə, sürücü uşağı yanına çağıraraq qucağında otuzdurub, daha sonra avtobusu idarə etməyə başlayıb. Həmin vaxt sərnişin sürücünün şəklini çəkib.

Humanistlik etmək istəyən sürücü uşağı sakitləşdirmək niyyəti ilə qucağında otuzdursa da o, bu hərəkəti ilə həm sərnişinlərin, həm də uşağın həyatını təhlükəyə atır. Yəni sükan arxasında diqqəti yayındıracaq hərəkətlərə yol verir.

Məsələ ilə bağlı sözügedən daşıyıcı şirkətlə əlaqə saxladıq. 24 saylı marşurutun kalon rəisi Sərvər Əliyev faktı təsdiq etdi. O, hadisədən ötən gün axşam saatlarında xəbər tutduqlarını deyir.

Bakı Nəqliyyat Agentliyindən isə bildirdilər ki, məsələ ilə bağlı daşıyıcı şirkətə xəbərdarlıq ediləcək.