Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev arasında görüş keçirilib.
Nazirliyin Mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, görüş zamanı Abşeron yarımadasının çirklənmiş sahələrinin inventarlaşdırılması və qiymətləndirilməsi layihəsinin texniki tapşırığının hazırlanması barədə müzakirələr aparılıb.