İranın paytaxtı Tehran şəhərində İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü başlayıb.
Unikal.org-un verdiyi xəbərə görə, üç ölkənin prezidentləri - Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşdə Suriya məsələsi, o cümlədən İdlib əyalətindəki vəziyyəti müzakirə edəcəklər.
"Türkiyə daha Suriyadan qaçqınlar qəbul etməyə qadir deyil".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O həmçinin vurğulayıb ki, Suriya ordusunun İdlibdə əməliyyatlar keçirməsi humanitar fəlakətə səbəb ola bilər: "Suriyanın İdlib vilayətindəki vəziyyət risk nöqtəsinə gəlib çatıb. Bu region Türkiyənin təhlükəsizliyi üçün vacibdir".
Suriyanın İdlib əyalətində terrorçular müxtəlif təxribatlar hazırlayır və törədir".
Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, ən təhlükəli məqam təxribatlarda kimyəvi silahlardan da istifadə olunmasıdır.
V.Putin bildirib ki, hazırda ölkə ərazisinin 95 faizi terrorçulardan təmizlənib, 15 minədək sakin yurd-yuvasına dönüb.
Rusiya prezidenti davamlı humanitar tədbirlərlə suriyalıların evlərinə qaytarılmasına tərəfdar olduğunu vurğulayıb: "Suriya probleminə dair daha əvvəl keçirilmiş iki zirvə görüşünün qərarları uğurla həyata keçirilir. Ölkədəki vəziyyətin sabitləşməsi istiqamətində xeyli irəliləyiş var.