Türkiyədə sərnişin avtobusu aşıb.

Unikal.org Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yol qəzası Ankara və Aksaray arasındakı avtomobil yolunda baş verib.

Avtobusun aşması nəticəsində 6 nəfər həlak olub, 44 nəfər isə xəsarət alıb. Hadisə yerinə çox sayda təcili yardım və xilasedici briqadası cəlb edilib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Yol qəzasının digər təfərrüatları barədə xəbər verilmir.