İran Silahlı Qüvvələri, İraqın Erbil vilayətindən fəaliyyət göstərən İran-Kürdüstan Demokratik Partiyasına (İKDP) aid bir düşərgəni bombalayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yerli medianın mətbuatına görə, Erbil şəhərinə bağlı Koysancak mahalında İKDP düşərgəsində toplantı keçirilən zaman, İran tərəfindən raket atılıb.

Hücumda, İKDP hərbi qanadından olan 9 adam ölüb. İran Kürdüstan Demokrat Partiyasının (HDK) baş katibi Mustafa Mevludinin aralarında olduğu 30 adam ağır yaralanıb.

Xatırladaq ki, sentyabrın 7-də İranın Bəsrədəki Baş konsulluğunun binasının qarşısında etiraz aksiyası keçirilib. Etirazçılar konsulluğa hücum edərək binanı yandırıblar.

Ehtimal olunur ki, İran hökuməti hadisəni İran-Kürdüstan Demokratik Partiyasının üzvləri tərəfindən törətdiyini bilərək, düşərgəni bombalayıb. 

Bu gün İranın Xarici İşlər Nazirliyi Bəsrədəki Baş konsulluqda ötən gün baş verən yanğınla bağlı İraq səfirini çağırıb və ona nota təqdim etmişdi.