Ukraynanın baş naziri Vladimir Qroysman şəhərləri qarışdırıb. Belə ki, baş nazir Dnepri şəhər günü münasibəti ilə təbrik edərkən səhvə yol verib.

Uniklal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, baş nazirin şəxsi "Facebook səhifəsində 4 şəhərin - Lutsk, Jitomir, Nikolayev və Dneprin mənzərələrini əks etdirən fotolar paylaşılıb. 

Sonuncu fotoda Kiyevdə Dnepr çayı üzərindən salınan körpü əks olunub. Bu da sosial şəbəkə istifadəçiləri tərəfindən gülüş hədəfinə çevrilib. 

Bir müddət sonra səhv aradan qaldırılıb.