Bu gün Türkiyənin məşur aktyoru Mert Fırat və İdil Fırat cütlüyünün toy mərasimi baş tutur.

Unikal.org Türkiyə mətbuatına istinadən məlumat verir ki, İdilin atası biznesmen Önder Fırat qızının toyuna gəlməyəcəyini deyib. O, cütlüyün nişanında da iştirak etməkdən imtina etmişdi. İddialara görə, Önder Fırat qızının Mertle ailə qurmasından anrazıdır. 

Lakin İdil ailə qurmaqda qərarlı olduğu üçün ata və qızı arasında gərginlik yaranıb. İdilin ailəsi atasıyla onu barışdırmağa çalışsa da bu istəklərinə nail olmayıb və onu toya gəlmək üçün razı sala bilməyiblər. 

Qeyd edək ki, cütlüyün Alaçatıda baş tutan toyunda müğənni Sezen Aksu səhnə alacaq.