Suriyanın Mahard yaşayış məntəqəsi "Heyət Təhrir əş-Şam" ("Cəbhət ən-Nüsrə"-red) terrorçu qruplaşması tərəfindən atəşə tutulub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, atəş nəticəsində 9 dinc sakin həlak olub, 30-dan çox insan yaralanıb.

Suriyada Düşmənçilik edən Tərəflərin Barışması üzrə Mərkəzin rusiyalı rəhbəri, general-leytenant Vladimir Savçenko bildirib ki, yaşayış məntəqəsinə 10 mərmi atılıb.