Çexiyada təyyarə qəzası baş verib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimalında, Tepliça şəhəri yaxınlığında qeydə alınıb.

Yüngülmühərrikli idman təyyarəsinin yerə çırpılaraq yanması nəticəsində 1 nəfər ölüb. Şahidlərin sözlərinə görə, enmədən əvvəl manevr edən təyyarəçi küləyin əks təsirini düzgün hesablaya bilməyib.

Hadisənin səbəbini aviasiya ekspertlərindən və polis təhqiqatçılarından ibarət komissiya araşdırır.