Çinin cənub-qərbində yerləşən Yunnan əyalətinin Motszyan qəzasında baş vermiş 5,9 maqnituda gücündə zəlzələ nəticəsində azı 26 nəfər xəsarət alıb.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü zəlzələnin nəticələri ilə mübarizə üzrə yerli qərargaha istinadən "Sinxua" məlumat yayıb.

Bildirilir ki, zəlzələ Bakı vaxtı ilə 06:31-də qeydə alınıb. Məlumata görə, 4964 nəfər dağılmış tikililərdən təhlükəsiz yerlərə köçürülüb.

Zəlzələ nəticəsində 34 məktəb binasına, həmçinin bir sıra yollara və körpülərə ziyan dəyib.