Gürcüstana qanunsuz yolla silah keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, istintaqla müəyyən olunub ki, 1977-ci il təvəllüdlü Ermənistan vətəndaşı "Qequti sərhəd keçid məntəqəsindən Gürcüstana "Makarov tipli tapança və 3 patron keçirməyə çalışıb.
Ermənistan vətəndaşını 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.