Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin Yardımlı rayonunda keçiriləcək növbəti vətəndaş qəbulunun vaxtı dəyişdirilərək 26 may tarixinə keçirilib.

Unikal.org-a daxil olan məlumata görə, qəbulda yalnız Yardımlı, Cəlilabad, Masallı vəBiləsuvar rayonlarından olan vətəndaşlar müraciət edə bilər. Vətəndaş qəbulunda müstəsna olaraq komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərəbaxılacaq.

 

Qəbul Yardımlı şəhərindəyerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza vəaşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

 

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

 

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi:

 

Cəlilabad rayonu üzrə- (02524) 5 54 76

 

Yardımlı rayonu üzrə- (02520) 6 24 93

 

Masallı rayonu üzrə- (02521) 5 48 67

 

Biləsuvar rayonu üzrə- (02529) 5 15 01