Boşanacaqları iddia edilən Devid və Viktoriya Bekham cütlüyü Fransada öpüşərkən paparazzilərə yaxalanıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  cütlük Fransanın şimalında yaxtada istirahət edərkən kameraların obyektivinə tuş gəlib. 

Onların bu görüntüsü mətbuatın gündəmini zəbt edib.

Qeyd edək ki, 1999-cu ildən evli olan cütlüyün boşanacağı iddia edilib. İddia edilirdi ki, boşanmaya səbəb Devid Bekhemin həyat yoldaşına xəyanət etməsidir.