Türkiyənin paytaxtı Ankarada bıçaqlı şəxs dayanacaqda gözləyənlərə hücum edib.                                                        
    Unikal.org  xəbər verir ki, Hakkı Ç.adlı kişi "Mən şeytanam" deyərək ətrafdakılara bıçaq zərbəsi endirib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Əraziyə dərhal təcili tibbi yardım qrupu və polis cəlb edilib. Cinayətkar dərhal həbs olunub. 
Qeyd edək ki, Hakkı adlı şəxs insanlardan əvvəlcə müsəlman olub-olmadığını soruşub və müsbət cavab verənlərə "Mən şeytanam" deyərək hücum edib.