Yunanıstan girov götürdüyü iki türk hərbçini sərbəst buraxıb. 
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.Məlumata görə, saxlanılanlardan biri kiçik leytenant, digəri isə çavuş olub.Qeyd edək ki, bu gün Yunanıstan-Türkiyə sərhədində yerləşən Feres rayonunda silahlı insident yaşanıb. Hadisə Yunanıstan sərhədini keçən 2 türk hərbçinin saxlanılmasından sonra baş verib.