Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfəri zamanı "Kommersanta müsahibə verib. 

Unikal.org xəbər verir ki, Paşinyan müsahibədə həm Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi danışıqlar, həm Qarabağa dair mövqeyi barədə danışıb. Və növbəti dəfə deyib ki, Azərbaycanla ancaq Ermənistanın baş naziri kimi danışıqlar apara bilər, Dağlıq Qarabağın adından danışmağa isə onun səlahiyyəti yoxdur.

"Mən Ermənistanın baş naziriyəm və danışıqlarda Ermənistan adından iştirak edə bilərəm. Lakin mən Dağlıq Qarabağın adından danışa bilmərəm. Dağlıq Qarabağ xalqı Ermənistanda hakimiyyətin formalaşması prosesində iştirak etmir. Onların öz hakimiyyəti, öz hökumətləri, prezidenti var-Paşinyan belə deyib.

Xatırladaq ki, Paşinyan bu mövqeni ilk dəfə hakimiyyətə gəlişinin ardınca Dağlıq Qarabağa etdiyi səfər zamanı dilə gətirmişdi. Və onun həmin bəyanatı Ermənistanın özündə də ciddi təəcüb və tənqidlə qarşılanmışdı.

Ermənistanın baş nazirinə görə, Dağlıq Qarabağ danışıqlarda öz "legitim nümayəndəsi ilə təmsil olunmalıdır. "Lakin bu o demək deyil ki, biz danışıqlardan imtina edirik, istənilən vaxt danışıqlara hazırıqistənilən vaxt danışıqlara hazırıq. Amma Qarabağı Qarabağın nümayəndəsi təmsil etməlidir-o bildirib.

Paşinyana görə əslində o, "sensasion heç nə demir. Minsk Qrupu həmsədrlərinin bəyanatlarında deyilir ki, Dağlıq Qarabağın yekun statusu bölgə əhalisinin öz müqəddəratını təyin etməsi hüququ əsasında həll edilməlidir. "Bu isə o deməkdir ki, Dağlıq Qarabağ münaqişə tərəflərindən biridir və onun iştirakı olmadan hansısa həll yolu mümkün deyil-Paşinyan belə deyib.

"Lakin elə məsələlər var ki, Ermənistandan asılıdır. Mən hətta Ermənistan tərəfindən Azərbaycan ərazisi olduğu etiraf edilən yeddi rayon haqda danışıram. Onların qaytarılması haqda söhbət çoxdan gedir, lakin prosesdə irəliləyiş yoxdur-"Kommersantın əməkdaşı Vladimir Solovyov deyib.

Paşinyan isə deyib ki, həmin rayonlar "Dağlıq Qarabağın ərazisidir. "Hazırda Dağlıq Qarabağın konstitusiyası var. Konstitusiyaya görə həmin ərazilər Dağlıq Qarabağın tərkib hissəsidir-o bildirib.

Xatırladaq ki, Paşinyan Moskvada erməni biznesmenlərlə görüşündə Dağlıq Qarabağın "Ermənistanın tərkib hissəsi olduğunu demişdi.

"Bu cür yanaşma ilə nəsə irəliləyiş gözləmək çətindir. Azərbaycan bunu heç vaxt qəbul etməz. O zaman danışmağa nə qalır ki?-jurnalist Paşinyanla polemikaya girib.

Ermənistanın baş naziri isə deyib ki, onlar kompromislərin mümkünlüyünü müzakirə edə bilərlər, ancaq bir şərtlə ki, Azərbaycan da kompromislərə hazır olsun. "Tez-tez soruşurlar ki, Ermənistan hansısa kompromisə hazırdırmı? Amma heç kim soruşmur ki, Azərbaycan buna hazırdır?-Paşinyan bildirib.