Rusiya Prezidenti Vladimir Putin sentyabrın 25-də Azərbaycana səfər edəcək.

Unikal.org xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov Bakı-Moskva videokörpüsü zamanı deyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri isə sentyabrın 15-i baş tutacaq.