Ermənistanın baş naziri Nikol Paşinyanın və həyat yoldaşı Anna Akopyanın stilisti Sofya Navasardyan hökumət başçısının köməkçisi təyin edilib.

Unikal.org Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu baş nazirin mətbuat katibi Arman Yeqoyan bildirib.

Bildirilib ki, Sofya Navasardyan əvvəllər gördüyü işləri bundan sonra baş nazirin köməkçisi vəzifəsində icra edəcək.