Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin bir neçə yüksək vəzifəli əməkdaşı tutduqları vəzifələrindən azad olunub.

Unikal.org-un report-a istinadən məlumatına görə, bu barədə Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, istefaya Nazirliyin Təhsilin keyfiyyətinin inkişafı Milli Mərkəzinin direktoru Tamar Sanikidze, Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin direktou Maya Miminoşvili,Müəllimlərin peşəkarlığının inkişafı üzrə Milli Mərkəzin rəhbəri Giorgi Maçabeli və digər şəxslər göndərilib.

Nazir deyib ki, vəzifəsindən azad olunanlar arasında təhsil, elm, mədəniyyət və idman nazirinin müavinləri Liya Gigauri və Temur Murqulia da var.

M.Batiaşvili qeyd edibki, təhsilin keyfiyyətinin artırılması əsas prioritetlərdən biridir: "Ölkənin inkişafı üçün rəqabətli təhsil sistemi yaradılmalı və bir çox vacib islahatlar həyata keçirilməlidir. Bu proses yeni enerji, yeni baxış və yeni kadr siyasəti tələb edir.

Nazir təhsil sistemində kadr dəyişikliklərinin davam etdiriləcəyini də söyləyib.