11 sentyabr hadisələrindən 17 il ötür.

Unikal.org xəbər verir ki, bu tarixdə Əl-Qaidə terror təşkilatı ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı silsilə terror aktları həyata keçirib.

Yerli vaxtla saat 08:46-da "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qalıb. Həmin qüllələr təyyarə hücumuna qarşı durmaq üçün kifayət qədər möhkəm tikilmişdi. Lakin həmin qüllələrin içərisində naməlum şəxslərin yerləşdirdiyi güclü partlayıcı qurğuların partladılması nəticəsində hər iki qüllə dağıdıldı. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi - Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vurulub. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanıb. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilib.

Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib. 11 sentyabr ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəsinə, əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara başlaması və dünyada intensiv anti-İslam təbliğatının aparılması üçün bəhanə olub.