Türkiyənin Kocaeli şəhərinin Körfəz mahalında Çexya vətəndaşı Rumeys Kantaenin şose yolunun kənarındakı dincəlmə yerində meyiti tapılıb.

Unikal.org xəbər verir ki, 38 yaşlı kişinin cəsədinin bir qurup şəxs tərəfində avtomobillə gətirilib, həmin əraziyə atıldığı deyilir. Hadisə şahidləri bununla bağlı polisə məlumat verib. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Katenin cəsədini həmin əraziyə atıb qaçan şəxslər axtarışa verilib.