Türkiyə-İran sərhədində partlayış törədilib.

Unikal.org DHA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 11-də Türkiyənin İğdır əyalətinin Aralıq rayonunda, Ağrı dağının ətəklərində qeydə alınıb.

Belə ki, hərbçilər avtomobillə iki ölkə arasındakı sərhəd divarı xəttində yoxlama apararkən əldəqayırma qurğu işə düşüb. Nəticədə Türkiyənin 5 hərbçisi yaralanıb.

Avtomobildəki hərbçilər müxtəlif dərəcədə yaralanıblar. Onların həyatı üçün təhlükənin olmadığı da bildirilib.

Hadisə yerində əməliyyat keçirilir, araşdırma aparılır.