Türkiyənin İzmir şəhərində evlərində qalan 20 yaşlı baldızı E.A. ilə 12 yaşından 18 yaşına qədər cinsi əlaqədə olan Gani A. 17 il 1 ay həbs cəzasına məhkum edilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddiaya görə elektrik işləyən Gani A. 2011-ci ildə həyat yoldaşı hamilə olarkən ona qulluq etmək üçün gələn baldızına təcavüz edib. 2016-cı ilə qədər bacısının həyat yoldaşı tərəfindən təcavüzə uğrayan qız axırda başına gələn hadisəni bacısına danışıb. F.A.A. -ya kiçik bacısı onun əri ilə olan yazışmalarını göstərəndən sonra o, polisə şikayət edib.

20 yaşlı qız polisə bildirib ki, bacısının əri nişanlı olduğu dönəmdən ona təcavüz edib, evləndikdən sonra da kürəkənləri öz çirkin əməlini davam etdirib. Məhkəmə baldızına təcavüz edən Ganiyə 17 il 1 ay həbs cəzası verilib.