Rusiyanın NTV telekanalının efirində xoşagəlməz insident yaşanıb.

Unikal.org bildirir ki, "Görüş yeri" verilişində aparıcı Andrey Norkin studiyadan ukraynalı eksperti qovub.

Buna səbəb qonağın aparıcının sözünü kəsməsi olub. Buna qəzəblənən Norkin ukraynalı ekspertin ünvanına qeyri-etik ifadələr işlədib və onu canlı yayımda döyə bilməyəcəyindən şikayətlənib.

Diskussiyanın digər iştirakçıları ukraynalını müdafiə etmək istəyərkən aparıcı onun fikir bildirmək hüququnun olmadığını deyib və qonağın mikrofonunun söndürülməsini tələb edib.

Ukraynalı ekspert fikirlərinə davam edərkən Norkin onu studiyadan qovub.