İngiltərənin "Vertical Aerospace startapı şəhərlərarası uçuşlar üçün istifadə ediləcək vertikal uçuşlu və enişli hava taksisinin uğurlu sınağını keçirib.

Unikal.org İCTnews-a istinadən xəbər verir ki, "Vertical Aerospace uçuş aparatının maksimal sürəti avtomobil sürətinə uyğundur və saatda 80 kilometr təşkil edir.

Aparat 2 nəfər sərnişin və 1 pilot üçün nəzərdə tutulub. Mütəxəssislərin sözlərinə görə, akkumulyatorun enerji tutumu 800 km uçuşun həyata keçirilməsi üçün yetərlidir.

Məlumata görə, uçuş aparatı test zamanı havada 5 dəqiqə qalıb.

Şirkət nümayəndələri bildirir ki, 3-4 ildən sonra uçan taksilər satışa çıxarılacaq, insanların isə şəhərlər arasında hərəkət üçün uçuş zolaqlarına ehtiyacı qalmayacaq.