Əfqanıstanın qərbindəki Fərəh əyalətində hərbi helikopter qəzaya uğrayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində helikopterin pilotu ilə yanaşı, daha 4 hərbçi həlak olub.

Qeyd olunur ki, texniki nasazlıq səbəbi ilə helikopter bölgədə təcili eniş etməli olub. Eniş zamanı isə helikopter "Taliban silahlıları tərəfindən atəşə tutulub.

Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.