"Robert Köçaryan və Serj Sarqsyan siyasi meyitdir. Lakin bu o demək deyil ki, onlar qanun qarşısında cavab verməməlidirlər.

Unikal.org xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, Ermənistanda R.Koçaryan adda siyasi faktor yoxdur.
Hökumət başçısı R.Koçaryanın onun barəsində "Nikol Paşinyan mənimlə mübarizə apardığına görə peşman olacaq fikrinə də münasibət bildirib: "Bununla Koçaryan siyasi prosesləri dərketmə səviyyəsini göstərir. Bu, onlar üçün küçə mübahisəsi deyil ki, uduzanlar gedərkən "sən peşman olacaqsan desinlər.