Əfqanıstanda silahlılar üç nəzarət-keçid məntəqəsinə hücum ediblər.

Unikal.org yerli 1TV telekanalına istinadən xəbər verir ki, hücum nəticəsində 8 polis əməkdaşı ölüb.

Daha 3 polis isə yaralanıb.

Hücuma görə məsuliyyəti "Taliban qruplaşması öz üzərinə götürüb.