" Verofarm" farmkompaniyası " Ardalon" ağrıkəsicisini bütün apteklərdən geri çağırır. Dərmanın tərkibində olan flupirtin qaraciyəri zədələyir. Amma Rusiya apteklərində bu tərkibli digər analgetiklər də satılır.

Unikal.org bildirir ki, 2018-ci ildə Rusiyada 650.000 qutu flupirtin tərkibli preparat satılıb.

Flupirtin tərkibli analgetiklərin tam siyahısı:

-Ardalon
-Katadolon
-Neyrodolon

-Nolodatak
-Fluqesis
-Flupirtin

Flupirtin tərkibli dərmandan qaraciyər zədələnməsi faktı ilk olaraq 2013-cü ildə Avropada qeydə alınıb. Bundan sonra onun qaraciyər problemi olan insanlara təyini qadağan olundu. Buna baxmayaraq, belə preparatlardan 537 məfər zərər görmüş, 23 nəfərdə letal nəticə olmuşdur.
2018-ci ilin fevralından Avropada bu tərkibdə ağrıkəsicilərin qəbulu qəti qadağan olundu və farmkompaniyalar dərnanları bazardan yığışdırmağa başladı.
Əgər siz də bu preparatlardan istifadə edirsizsə, qəbulunu dayandırıb, həkiminizə məlumat verin