Son 10 ildə ardıcıl cinayətlər törədən şəxs və dəstəsi saxlanılıb. 

Hadisə Hindistanda baş verib. Ölkə polisi bu müddət ərzində  33 yük maşını sürücüsü və köməkçisini qətlə yetirdiyini etiraf edən kişini həbs edib. Bundan əlavə, o, əlbir olduğu şəxslərlə birgə yük maşınlarının içindəkiləri və onların özlərini satıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, kişi Bxopal şəhərində saxlanılıb.

Polisin sözlərinə görə, onlar yük maşını sürücülərinin bir sıra oxşar qətllərini təhqiq edən zaman caninin izinə düşüblər. Əvvəlcə saxlanılan şəxsin bu cinayətlərlə əlaqəli olmadığı görünsə də, əvvəl saxlanılan cinayət yoldaşları onun əleyhinə ifadə veriblər.

Tezliklə residivist etdiyi əməli boynuna alıb və cinayətlərin təfərrüatlarını danışıb. O, əvvəlcə yolüstü kafelərdə sürücülərə yaxınlaşaraq onlarla münasibət qurub, sonra yeməklərinə yuxu gətirən maddə töküb. Daha sonra o yük maşınının sükanı arxasına keçərək öz qurbanlarını qapalı məkana aparıb və orada qətlə yetirib.

Caninin əlbir olduğu şəxslər ona yük maşınları ilə daşınan malları və yük maşınlarını satmaqda kömək ediblər.