Ötən ilin sentyabrında Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalaraq Azərbaycana pənah gətirən buradan isə üçüncü ölkə kimi Ukraynaya gedən Vaan Martirosyan "Xəzər Xəbər"ə müsahibə verib. Ermənistan Milli Azadlıq Hərəkatı təşkilatının rəhbəri Ermənistandakı vəziyyəti, aprel hadisələrini və Vyana görüşünü şərh edib:
"Bütün dünya özünü Ermənistan prezidenti adlandıran şəxsin necə əski olduğunu bir daha anladı. Bu şəxs adekvat deyil, onun axmaq bəyanatları bunu deməyə əsas verir. Bilmirəm o hansı nəişədən çəkir, amma onun təsiri günü gündən çoxalır. Ermənistan heç vaxt Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etməyib. Hamı bilir ki, bu proses tamami ilə Rusiya Federasiyasının əlindədir".
Ermənistandan qaçmış və hazırda Ukraynada məskunlaşmış "Ermənistan Milli Azadlıq Hərəkatı"-nın rəhbəri Vaan Martirosyan , bu günlərdə Vyanada keçirilmiş Qarabağ danışıqlarını şərh edərkən bunu deyib. Onun sözlərinə görə, apreldə cəbhədə baş verənlər qərginlik deyil, əsl müharibə idi. Bunu isə Ermənistan özü heç vaxt edə bilməzdi. Bu münagişə yalnız Rusiyaya , Azərbaycana təsir edən rıçaqa malik olmaq üçün , lazımdır. Martirosyan erməni ordusunda hökm sürən özbaşınalıq və korrupsiya hallarından da danışıb:
"O ölən uşaqlar, indi deməyə başlayıblar, 90 faizi aztəminatlı ailələrin övladlarıdırlar. Ermənistan ordusu necə güclü sayıla bilər ki, aprel hadisələrində qarşı tərəfdən itkiləri də çoxdur , məhv edilmiş texnikası da çoxdur. Bilirsiz cəbhədə uşaqlar niyə ölürdü? Çünki onlarda silah yox idi. Generallar isə silah üçün ayrılmış pullarla özlərinə yarım milyonluq maşınlar alıblar. Bu sadəcə korrupsiya deyil- bu qətldir".
Vaan Martirosyan hazırda ermeni diasporu ilə əməkdaşlıq etdiyini və xaricdəki ermənilərin bir çoxunun Serj Sarkisyanını yeritdiyi siyasətin əleyhinə olduğunu deyib. O, əlavə edib ki, 1 ay ərzində Ukraynadan idarə olunacaq , lakin üzvləri bütün dünyadan , o cümlədən Ermənistanın özündə də olacaq yeni bir hərəkat yaradılacaq. Onun başlıca missiyası Serj Sarkisyan rejimini devirmək olacaq.
"Ermənistanda çoxdanır ki, müxalifət yoxdur. 2008 ci ildən yoxdur. Olanları isə mən teatr adlandırıram. Onlar oynayırlar, oxuyurlar, amma lazım olanları etmirlər. Halbuki ölkə qeyri legitim hakimiyyət tərəfindən zəbt edilib. Mən elə başa düşürəm ki, bu rejim maksimum 1 il qala biləcək. Mən də öz növbəmdə bu vaxtın daha qısa olması üçün əlimdən gələni edəcəm".