Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Gəl, dərdini Danış" verilişində illər sonra qətl hadisəsinin təfərrüatları ortaya çıxıb.

Unikal.org xəbər verir ki, verilişə müraciət edən Gəncə sakini qardaşının ölümü haqqında danışmaq istədiyini bildirib. İllərdi danışmadığı sirrləri açan Səlimxan qardaşı Asifin ölümündə günhakar bibisi oğlanlarının olduğunu deyib. O iddia edib ki, qardaşını öldürən doğma qohumlarıdır. Qardaşlar bildirib ki, Asifi öldürüb gecə ilə Gəncədə Nizaminin məqbərəsinin yaxınlığına yarı çılpaq formada atıblar. "Qardaşımı öldürüb küçəyə atıblar. Amma mən o vaxt araşdırdım. ki, qardaşımın siqareti, yandıranı və paltarları bibimgildən çıxdı. Bu necə ola bilər? Qardaşımla yola getmirdilər. Qardaşım onlara borc pul vermişdi. Rusiyadan birbaşa Gəncəyə məhz pulu almağa gəlmişdi. "

Qardaşların iddiası bununla da bitməyib. Səlimxan bildirib ki, qardaşının ölüm xəbəri gələndə ailəliklə Rusiyadan Azərbaycana gəliblər. "Biz gələnə kimi onu basdırıblar. Özü də selafana büküb. Biraz sonra ekspertiza gəldi. Ayağının birini kəsib apardılar ki, guya avtoqəzada ölüb. Hələ də, qardaşımın ayağını gətirməyiblər. "

İnanılmaz faktları açıqlayan Səlimxan Asifin ölümündən əvvəl aralarında olan dialoqu da olduğu kimi Amil Xəlilə danışıb...

Verilişə ilk müraciət edən isə Şəhməd bəy olub. O isə qonşusundan şikayyət edib. Bildirib ki, qonşusu onu ahıl yaşında bıçaqlayıb. Özüdə ev quşlarının üstündə..

Olduğca maraqlı anları sizə təqdim edirik. Qeyd edək ki, veriliş Amil Xəlilin təqdimatında həftə içi hər gün saat 16:00 da Space Tv-də yayımlanır.