Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbdə baş verən hadisəylə bağlı həmin məktəbin direktoru olan Məmməd müəllimə xəbərdarlıq edilib.

Unikal.org-un məlumatına görə, direktor Ölkə.Az-a bildirib ki, bu barədə mətbuata açıqlama verdiyi üçün nazirlik tərəfindən ona izahat yazmaq göstərişi verilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə bu barədə Ölkə.Az-a açıqlamasında yalnız yazılı formada cavab verə biləcəyini söyləyib.

Xatırladaq ki, Biləcəri qəsəbəsində yerləşən 301 saylı məktəbin 32 yaşlı ingilis dili müəlliməsi Əminə müəllimə, eyni məktəbin 18 yaşlı məzunu olan Cəlil adlı gəncə qoşularaq qaçıb.

Məlumata görə, gəlin müəllimə imkanlı ailənin övladıdır. Əminə müəllimənin anası qətiyyən bu nikaha "yox" deyir. Nə qardaşı var, nə bacısı. Evin tək qızıdır. Qızının qoşulub qaçdığını bilən atanın da səhhəti pisləşib. Şagird-müəllimə sevgisi 2 il ildir davam edirmiş.