Azərbaycan ordusunun genişmiqyaslı təlimlərinin planına uyğun olaraq müxtəlif poliqonlarda gecə vaxtı və məhdud görmə şəraitində döyüş atışları icra olunub.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərə cəlb olunan qoşunlar silahlanmada olan müasir silah və hərbi texnikanın tətbiq ilə şərti düşmənin bütün hədəflərini məhv edərək qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər.