Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Bakıda cümə namazı qılıb.

Unikal.org xəbər verir ki, Yıldırımı cümə namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müşayiət edib. Türkiyə Böyük Millət Məclisinin sədri namazdan sonra hədik paylayıb.