Sabiq millət vəkili Gülər Əhmədova siyasi fəaliyyətini Müasir Müsavat Partiyasında davam etdirilməsinə belə münasibət bildirib.
O, unikal.org-a məsələni nə təsdiq və nədə təkzib etməyib: "Qoy mən yayılan məlumatlara baxıb, sizə bu barədə ətraflı məlumat verəcəm. Amma bircə söz deyə bilərəm ki, partiya sədri mənə üzvlüylə bağlı təklif edib və mən bu barədə hələ düşünrəm".
 
Qeyd edək ki, MMP sədri Hafiz Hacıyev deyib ki, Gülər Əhmədovanın MMP-yə gəlməsi real məsələdir: «Bu istiqamətdə danışıqlarımız olub. Hələlik söhbətimiz müzakirə ərəfəsindədir, ancaq nəticədə Gülər xanımın MMP-yə qoşulması müsbət hadisədir. Gülər Əhmədova Heydər Əliyev siyasi kursunun əsas fiqurlarından olub. Onun bizimlə bir yerdə olması önəmlidir. Düşünürəm ki, Gülər Əhmədova MMP sıralarında təmsil olunaraq, qardaşım İlham Əliyevin siyasi kursunu davam etdirəcək. Eyni zamanda, hakimiyyətdə olan mənfur qüvvələrə qarşı birgə mübarizə aparacağıq».