Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun iştirakı ilə Şahin Xəlilov küçəsində yeni təmir edilmiş abad məhəllənin və 300 nəfərlik xeyir-şər evinin açılışında olub. 

Unikal.org xəbər verir ki, keçirilmiş səyyar görüşlər olan "açıq mikrofonda 300-dən çox qəsəbədə sakinlər iştirak edib.

Tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatı, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətləri, onun siyasi irsinin təbliğinin əhəmiyyəti, ulu öndərin siyasi-iqtisadi və sosial kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və digər aktual məsələlərdən danışaraq, ölkə Başçısının yerli İcra Hakimiyyətləri və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsinə dair verdiyi tapşırıqlar, bu sahədə kompleks tədbirlərin keçirilməsinə xidmət edən Dövlət Proqramlarının icrası vəziyyətinə də toxunublar.

Yeni salınmış abad məhəllə orada yerləşən çoxmərtəbəli bina sakinlərinin istifadəsinə verilib. Bu məhəllədə olan binaların 1100 kv.m dam örtüyü təmir edilmiş, 2000 kv.m asfalt örtüyü salınmış, 500 kv.m tamet, 4000 p/m bordür quraşdırılıb. Bloklarda 26250 kv.m, binaların fasadlarında 20000 kv.m emulsiya işləri görülmüş, 46 ədəd küçə işıqları, 268 ədəd blok işıqları quraşdırılmışdır. 3 dəst uşaq meydançası, 6 ədəd kölgəlik burada yaşayan ailələrin asudə vaxtlarını keçirmək üçün quraşdırılmışdır. Binaların ətrafında 16 ədəd izləyici kameralar quraşdırılıb. Ətrafda yaşıllaşdırma işləri aparılmış, 5000 kv.m ərazi yaşıllaşdırılmış, ağac və gül kolları əkilib.

Açılış mərasimində iştirak edən ağsaqqallar burada yaşayan 500 yaxın ailə adından çıxış edərək əhalinin sosial problemlərinin həlli istiqamətində Qaradağ rayonunda müsbət təcrübənin olduğunu və bu işlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd etdilər.

Çıxış edən sakinlər nümunəvi abad məhəllənin yaradılmasına görə ölkə rəhbərliyinə, rayon İcra hakimiyyətinə öz minnətdarlıqlarını çatdırdılar.

Görüşdə çıxış edən 20 nəfər sakin onları narahat edən məsələlərin həlli üçün müraciət etdilər və onların qaldırdıqları problemlərin həlli istiqamətində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aidiyyəti üzrə rayon İcra hakimiyyəti başçısı aparatı, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.