Xəbər verdiyimiz kimi, Azərbaycanda dövlət qurumların saytlarına girişdə ciddi problem yaranmışdı.
Unikal.org xəbər verir ki, artıq problem aradan qalxıb və rəsmi saytlara giriş tam bərpa olunub.
15:31
Hazırda Azərbaycanda dövlət qurumların saytlarına girişdə ciddi problem yaranıb.
Unikal.org xəbər verir ki, gov.az domenində yerləşən rəsmi saytlara daxil olmaq mümkün deyil.
Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi, Daxili İşlər İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər rəsmi informasiya saytlarına giriş mümkün deyil.
Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib ki, dövlət qurumlarının saytlarına Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən nəzarət olunur.