Sabah Bakı şəhərinin Nərimanov, həmçinin Bərdə və Ağcabədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə unikal.org-a "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. 
Məlumata görə, "Nizami-Nərimanov" qaz ölçü qovşağının yerinin dəyişdirilməsi, qaz ölçü qovşaqlarından qidalanan orta təzyiqli yeraltı və yerüstü qaz kəmərlərində texniki baxış işləri aparılan zaman aşkar olunmuş sızmaların ləğvi və abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi məqsədilə mayın 26-da saat 09.00-dan işlər yekunlaşanadək Bakının Nərimanov rayonunun, eləcə də Bərdə və Ağcabədi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.