Bir neçə ay əvvəl yaradılan Qarabağ Komitəsinə mitinq keçirmək üçün icazə verilib.
Unikal.org xəbər verir ki, bu barədə komitənin təsisçilərindən olan, tanınmış jurnalist Əvəz Zeynallı məlumat verib.
O bildirib ki, Qarabağ Komitəsi Qarabağla bağlı mitinq keçirmək üçün bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu gün hökumətdən onların müraciətinə müsbət cavab verilib.
Mitinq sentyabrın 29-da, saat 15:00-da Məhsul stadionunda baş tutacaq.