Liftlərin alınması zamanı milyonlarla dollarlıq "otkat əldə etdiyi hətta ABŞ Qiymətli Kağızlar Komitəsi (SEC) tərəfindən təsdiqlənən, buna baxmayaraq Bakı Lift-Təmir İstehsalat Birliyinə hələ də rəhbərlik etməkdə davam edən Qüdrət Şükürovun keçmiş qudası ondan əl çəkmir.

SEC tərəfindən Rusiyanın "Otis Rusiya şirkətinin (həmin şirkətin səhmləri ABŞ-ın "United Technologies Corporation şirkətinə məxsusdur, bu üzrən korrupsiya əməlinə Birləşmiş Ştatların hüquq-mühafizə orqanları müdaxilə edib) Şükürova cəmi 13 milyon dollara yaxın "otkat verilməsi barədə sənəd açıqlamasından, "United Technologies Corporation şirkətinin 13 milyon dollar cərimə ödəməyə razılaşmasından sonra "Liftremontun rəhbərinin keçmiş qudası onun əleyhinə ifadə verməyə hazır olduğunu bildirib.

Məlum olub ki, Rəfael Əsgərov ABŞ-ın ölkəmizdəki səfirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə və baş prokurora sensasion məktub ünvanlayıb. O, şahid qismində ifadə vermək üçün Azərbaycan hüquq-mühafizə orqanları ilə yanaşı ABŞ-ın müvafiq dövlət qurumlarına da bildiyi və şahidi olduğu böyük korrupsiya qalmaqalı ilə bağlı məluma verməyə hazır olduğunu bəyan edib.

Unikal.org xəbər verir ki, "Yeni Müsavat bu günlərdə məsələ ilə bağlı Rəfael Əsgərovla əlaqə saxlayıb. R. Əsgərov belə bir müraciət etdiyini təsdiqləyib. Deyib ki, sentyabrın 17-də Azərbaycanın Baş Prokurorluğunda, Bakı Şəhər İcra Hakimiyyətində və ABŞ-ın ölkəmizdəki səfirliyində olub, hər 3 ünvana müvafiq rəsmi müraciətini təqdim edib.

Rəfael Əsgərov həmin müraciətində vurğulayır ki, "United Technologies Corporation şirkəti baş verən korrupsiya cinayətinə görə ABŞ-ın Qiymətli Kağızlar Komitəsinə (SEC) 13.4 milyon dollar cərimə ödəməyə razılaşıb: "Azərbaycan KİV-ləri (musavat.com, virtualaz.org) yazırlar ki, SEC-in rəsmi saytında buna səbəb kimi şirkətin törəmə müəssisəsi olan "Otis Elevator Co. lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı "Liftremont kimi gedir) rüşvət verilməsidir. SEC bildirir ki, "Otis Elevator Co. Bakının dövlət balansında olan binalarını liftlə təchiz etmək üçün Bakı Lift-Təmir İstehsalat Birliyinin məmurlarını rüşvətlə ələ alıb. Bununla da ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktını pozub.

Mən də müraciət etdim ki, həmin fakt üzrə ifadələrim alınsın. Əvvəllər Bakı Lift-Təmir İstehsalat Birliyində baş verən korrupsiya halları ilə bağlı bildiyim, şahidi olduğum məsələlərlə bağlı müxtəlif dövlət qurumlarına müraciətlər etmişəm. Azərbaycan mətbuatında ("Yeni Müsavat qəzetində 19.04.2018 tarixdə "Eks qudasından baş liftçi Qüdrət Şükürova ağır ittihamlar http://musavat.com/news/eks-qudasindan-bas-liftci-qudret-sukurova-agir-ittihamlar_520318.html) da bu haqda çıxışlarım olub. Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qeyd olunan korrupsiya sövdələşmələrinin bəzilərinə şahidlik etmişəm. Həmin hallarla bağlı mətbuatdakı çıxışlarımı da məktubuma əlavə etmişəm. Cənab Zakir Qaralovdan dönə-dönə xahiş edirəm ki, Qüdrət Şükürovun dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatından yayındırması ilə bağlı əməllərinin nəzarəti altında araşdırılmasını təmin etsin.

Səfirlik səlahiyyətlilərindən də xahiş edirəm ki, ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktının pozulması ilə bağlı müəyyən edilmiş faktların araşdırılması üzrə şahid qismində dindirilməyimi təmin etsinlər.