Moskva küçələrində «LUKoil» neft şirkətinin vitse-prezidenti Azat Şamsuarovun oğlunun və dostlarının olduğu avtomobili qovan və qayda pozucularını cərimə edən polis əməkdaşlarını cəzalandıra bilərlər.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya DİN Moskva şəhər İdarəsinin rəhbəri Anatoli Yakuninin fikrincə, bu cür qayda pozanları ən azı 15 sutkalıq həbs etmək lazım idi.
«Bu halda zəruri olan tədbiri görmədiklərinə və qayda pozucularını yalnız cərimə etdiklərinə görə həmin polis əməkdaşlarının barəsində xidməti yoxlama başlanacaq və onların inzibati məsuliyyətə cəlb edilməsi məsələsi həll olunacaq», - Moskva polisinin mətbuat xidmətinin məlumatında belə deyilir.
Yakunin bildirib ki, yol hərəkəti iştirakçılarının həyatını təhlükə altına atan kobud qayda pozucuları ən azı 15 sutkalıq həbs cəzası almalıdırlar.