"Sağlam DüşüncəGənclər Təşkilatının İdarə heyətinin üzvü Zeynəb Vəlizadə 21 yaşında Gürcüstanda vəfat edib.
Unikal.org xəbər verir ki, Z. Vəlizadə qonşu ölkədə keçirilən təlimdə iştirak etmək üçün oraya gedib.
Ötən gün axşam saatlarında gənc qızın vəziyyəti qəfil pisləşib və onun həyatını xilas etmək olmayıb.
Vəlizadənin hansı səbəbdən dünyasını dəyişdiyi bilinmir.
Məlumata görə, Zeynəb Vəlizadə Sumqayıt şəhər Polis İdarəsinin keçmiş rəis müavini Şirinəli Vəliyevin qızıdır.
Qeyd edək ki, Z. Vəlizadə 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. O, Bakı Mühəndislik Universitetinin tələbəsidir.