Oğuz rayonunda eyvandan yıxılan uşaq ağır xəsarət alıb.
Unikal.org "Reporta istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Kərimli kəndində baş verib.
2014-cü il təvəllüdlü yerli sakin Orucov Aqşin Oruc oğlu qapalı kəllə-beyin travması ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan "Reporta bildirilib ki, müayinə zamanı 4 yaşlı A.Orucovun yaşadığı evin eyvanından yıxılaraq xəsarət aldığı məlum olub. Ona lazımi tibbi yadımlar göstərilib, müalicəsi xəstəxananın uşaq şöbəsində aparılır.
Faktla bağlı araşdırma aparılır.