Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriya sərhədində yerləşən İslahiyeyə "Fırtına" topları yollayıb.

TSQ Qaziantəpin Suriya sərhədindəki İslahiye mahalına 16 ədəd "Fırtına" toplarını dəmiryolu vasitəsiylə yollayıb.

Son zamanlar PYD/PKK terrorçularının bölgədə aktivləşməsi Türkiyə Silahlı Qüvvələrini hərəkətə keçirib. Artıq zirehli texnika əraziyə çatıb və yaxın zamanlarda Türk ordusunun həmlələri gözlənilir.

Bu il fevralın sonlarında Türkiyə Silahlı Qüvvələri Suriya ərazisini ağır silahlarla atəşə tutub. TSQ Kilis qəsəbəsindən sərhəd yaxınlığındakı Hələb şəhərinə bağlı Azez qəsəbəsini"Fırtına" topları ilə bombardman edib. Türkiyə ordusu tanklarla Minaak aviabazasının ətrafında yerləşən Telrıfat ve Şavarikat bölgələrinə, "Fırtına" topları ilə Akçabağlar bölgəsindən bombardman edib.

Terrorçular Kilis qəsəbəsinin qarşı tərəfində yerləşən Azez qəsəbəsinə hücum edib. Qadın, uşaq və doğum evi ilə məktəb həyətinə atılan bombalar nəticəsində 15 nəfər həyatını itirib, 50-dən artıq insan yaralanıb. Yaralılardan 20-si Suriya ərazisindən Türkiyəyə gətirilərək xəstəxanaya yerləşdirilib. Yaralı və ölü sayının artacağı istisna edilmir.

Türkiyə milli müdafiə naziri İsmət Yılmaz bəyan edib ki, PYD/PKK terrorçuları tərəfindən edilən hücumlara cavab olaraq Türkiyə Silahlı Qüvvələri Azez qəsəbəsini bombalayır.
(Anspress.com)