Bu gün saat 10:45 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan "Araz zovdunda yanğın hadisəsi baş verib.

Nazirlikdən Unikal.org-a verilən məlumatda bildirilib ki,zavodun VIII sahəsinin ərazisində yerləşən konteynerdə elektrik kəsici alətlə təmir işləri aparan zaman qığılcımdan yaranan alışma nəticəsində kiçik yanğın hadisəsi baş verib.

Yanğın qısa müddətdə zavodun işçiləri tərəfindən daxili yanğınsöndürmə vasitələri ilə söndürülüb. Hadisə zamanı zavodun iki əməkdaşı yüngül yanıq xəsarəti alıb. Xəsarət alanlar dərhal Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbi mütəxəssislər tərəfindən araşdırılır.