Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidentiİlham Əliyevilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd olunur ki, tərəflər Ermənistan-AzərbaycanDağlıq Qarabağmünaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

"Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar", - deyə məlumatda vurğulanıb.